Liman rəhbərləri Azərbaycanda toplaşacaq

Liman rəhbərləri Azərbaycanda toplaşacaq
16:47 15 May 2017
Ölkə mətbuatı
A- A+

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin nümayəndə heyəti 90-a yaxın ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) İndoneziyanın Bali şəhərində keçirilən illik konfransında iştirak edib.

Qurumdan Milli.Az-a verilən məlumata görə, konfransın təntənəli açılış mərasimində İndoneziya Liman Korporasiyasının icraçı direktoru Elvin G.Masasya, Beynəlxalq Limanlar Assosiasiyasının (BLA) prezidenti Santyaqo Garsiyaa-Mila çıxış ediblər. Bu çərçivədə beynəlxalq sərginin açılış mərasimi də baş tutub. Tədbirə qatılan 1000-ə yaxın qonaq Bakı Limanının stendi ilə tanış olub və onun fəaliyyəti, qurulmaqda olan Ələt Azad Ticarət Zonası, Azərbaycanın "hub" konsepsiyası və s. barədə ətraflı məlumatlandırılıblar.

Konfrans çərçivəsində keçirilmiş sessiyada Bakı Limanının Baş direktoru Taleh Ziyadov "Azərbaycanın böyük "hub" vizionunun Avrasiyada bağlantıya təsiri" mövzusunda təqdimatla çıxış edib.

IAPH-in illik ümumi toplantısında isə Baş direktor 2018-ci ildə konfransın Bakı şəhərində keçirilməsinə dəstək vermiş hər kəsə təşəkkür edib.

Daha sonra Azərbaycana və Bakı Limanına həsr olunmuş qısa film nümayiş olunub və 2018-ci ildə qonaqlar Bakıda keçirilən tədbirə dəvət edilib, onların Bakı Limanı və Azad Ticarət Zonası, ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəkləri bildirilib.

Konfrans çərçivəsində Bakı Limanının 2018-ci ildə dünya limanları toplantısına ev sahibliyi etməsi münasibəti ilə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Qeyd edək ki, 2018-ci ilin 8-11 may tarixlərində "Gələcəyin Limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi" adı altında baş tutacaq bu konfrans MDB məkanında ilk dəfə Azərbaycanda keçiriləcək. Bununla əlaqədar dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın beynəlxalq təşkilatların nümayəndələri, liman rəhbərləri, nəqliyyat və logistika sahəsində ixtisaslaşmış ekspertlərin ölkəmizə səfər etməsi gözlənilir. Xatırladaq ki, ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC 2010-cu ildən etibarən Beynəlxalq Limanlar Assosiasiyasının üzvüdür.

Bundan əlavə Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu da imzalanıb.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/545055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR