Əməkdar artist: "Biz bədbəxtik, çünki oxumuşuq" - VİDEO - FOTO

Əməkdar artist: "Biz bədbəxtik, çünki oxumuşuq" - VİDEO - FOTO
16:57 15 May 2017
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Evgördü" verilişi bu dəfə tanınmış aktyor Allahverdi Yolçuyevin evinə qonaq olub.

Milli.Az xəbər verir ki, verilişdə tanınmış aktyorun sənət dostları da iştirak edib.

Allahverdi Yolçuyev bildirib ki, sənət aləmində olan hamı onun dostudur: 

"Hamı ilə yola gedirəm. Çalışıram ki, kiminsə xətrinə dəyməyim, ağır söz deməyim. Qapım hər kəsə açıq olub. Qonaq evin çırağıdır. Qonaqsız ev xarabaya bənzəyir. Yola gedən insanam. Qonaq gələndə əlidolu gələr, indi durub yalandan deyim ki, heç nə lazım deyil. Əlbəttə, əlidolu gəlmək lazımdır (gülür). Onların ürəyi zəngindir. Çox yaxşı insanlardır".

Əməkdar artist Qorxmaz Əlili isə söyləyib ki, aktyorluqda və digər peşə sahələrində məktəb keçmək önəmlidir: 

"Peşəkarlaşmaq üçün məktəb vacibdir. İndi təklif gəlsə, mən qəbul edə bilmərəm. Müasir aktyorlarla oynaya bilmərəm, onlar peşəkardır, mən qeyri-peşəkar. Baxır kimlə oynayırsan. Alınmır onlarla. Görəcəm ki, mən o ansambla girmirəm. Çıxıb efirlərdə deyirlər ki, biz xoşbəxtik ki, məktəbimiz yoxdur və məktəb qurtaran artistlər kimi bədbəxt deyilik. Sən və mən bədbəxtəm. Çünki biz oxumuşuq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/545004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR