"İpək Yolu" formatında növbəti görüş 2019-cu ildə keçiriləcək

"İpək Yolu" formatında növbəti görüş 2019-cu ildə keçiriləcək
17:07 15 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin "İpək Yolu" formatında növbəti görüşün 2019-cu ildə keçiriləcəyini bildirib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Çin Kommunist Partiyasının sədri Si Tszinpinə istinadən məlumat verib.
"Cənab Tszinpin bu formatda növbəti görüş 2019-cu ildə keçiriləcəyini bildirdi. Bunun nə dərəcədə effektiv olacağını zaman göstərəcək, amma bu gün haqqında danışdıqlarımızın bu və ya digər formada işlədiyi faktdır", - V.Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
Xatırladaq ki, Çinin paytaxtı Pekində "Bir kəmər - bir yol" ikigünlük beynəlxalq forumu başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-pek-yolu-formatinda-novbeti-gorus-2019-cu-ilde-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR