“Qəbələ” Avroliqaya haradan başlayacaq?

“Qəbələ” Avroliqaya haradan başlayacaq?
17:09 15 May 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

 

Avropa Liqasının 2017/18 mövsümünün komanda bölgüsündə dəyişiklik edilib. Apasport.az-ın məlumatına görə, bunlar Azərbaycan klublarına da təsirsiz ötüşməyib.

 

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsindən azad edilib. Təmsilçimiz yarışa II raunddan başlayacaq. Buna ölkəmizin UEFA reytinqində 26-cı yerdə qərarlaşması səbəb olub.

 

Qitə futbol qurumu 25-26-cı yerlərdə olan iki ölkənin kubokunun sahibinə II təsnifat mərhələsindən mübarizəyə qoşulmaq hüququ verib. 25-ci sırada Şotlandiya, 26-cı yerdə isə Azərbaycan qərarlaşıb.

 

Azərbaycan kubokunun sahibi dubla imza atan “Qarabağ” olduğundan bu güzəşt gümüş mükafatçıya tətbiq edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR