Ruslar türkləri yenə sevməyə başladılar - SORĞU

Ruslar türkləri yenə sevməyə başladılar - SORĞU
17:18 15 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada sadə insanlar arasında Türkiyə ilə bağlı sorğu keçirilib. Anketdə rusların türklərə münasibətinin getdikcə "normalaşdığı" müşahidə edilib.

Publika.az xəbər verir ki, anketdə rusların türklər haqqında "mənfi" və "müsbət" düşüncələri yer alır. Sorğu nəticəsində "mənfi" fikirlərin çox olmasına baxmayaraq, müsbət fikrilər tədricən keçmiş münasibətlərin bərpa olacağına işarədir.

İkitərəfli gərgin münasibətlərin səviyyəsi il ərzində 78%-dən 28%-ə düşüb.

Türkiyəyə qarşı münasibətlərin bu dərəcədə "sürətli yaxşılaşması" hələ Rusiya xalqının türklərlə "dostluq" münasibəti quracağına dəlalət etmir.

Münasibətlərin 8%-i "mehriban qonşuluq", 6%-i "dostluq" , 5%-i isə "olduqca isti" əlaqələrlə dəyərləndirilib.

Mütəxəssislərin fikrincə, keçirilən sorğunun nəticələrini iki ölkə liderləri - Valdimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı əlaqələr dəyişə bilər. Yalnız liderlər arasındakı isti münasibət vətəndaşları bir-birilə dostluq münasibətlərinə sövq edə bilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR