Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxış keçiriblər
17:22 15 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Lənkəran şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxış keçiriblər.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.
Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.
Ombudsmanın nümayəndələri şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparmış, çoxsaylı sualları cavablandırmışlar. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulanıb.
Eyni zamanda Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi hissəsində müddətli hərbi qulluqçular arasında aparılan hüquqi maarifləndirmə işinin təşkilinin yüksək səviyyədə olması müşahidə edilib.
Daxili Qoşunların Lənkəran şəhərindəki hərbi şəhərciyində 60 mənzildən ibarət yaşayış binası ailəli hərbi qulluqçuların istifadəsinə verilib. Mülki Müdafiə Qoşunlarının hərbi şəhərciyində isə bütün növ mebel və avadanlıqlarla təmin edilmiş 40 mənzildən ibarət yaşayış binasının yaxın müddətdə istifadəyə verilməsi nəzərdə tutulub.
Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.
Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/ombudsman-aparatinin-emekdaslari-herbi-hisselere-baxislar-kecirib15052017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR