Aygün Kazımova: "Həmin vaxta qədər efirə çıxmayacağam" - FOTO

Aygün Kazımova: "Həmin vaxta qədər efirə çıxmayacağam" - FOTO
17:27 15 May 2017
105 Şou
Ölkə mətbuatı
A- A+

"Bu bizik, Toliklə" verilişinin növbəti qonağı xalq artisti Aygün Kazımova olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  müğənni sentyabrın 22-də baş tutacaq solo konsertindən danışıb.

A.Kazımova həmin günə qədər efirlərə çıxmayacağını söyləyib:

"Bizim möhtəşəm "Crystal Hall" tac formasındadır, bayrağımızın rəngləri ilə işıqlandırılır. Mənim bayrağımıza olan sevgimi hamı bilir. Konsertimizə qədər efirə çıxmayacağam. Mayın sonunda məşhur fransız rejissor və xoreoqraf ölkəmizə gələcək.

Oreda Bentefu çox məşhurdur, onun ölkəmizə gəlişini bir hadisə kimi qeyd etmək olar. Səs rejissorumuz İngiltərədən gələcək. Beynəlxalq layihələrimin prodüseri Stefanni Gürcüstandan gələcək və iyunun əvvəlində mətbuat konfransı edəcəyik. Qarşımıza qoyduğumuz məqsəd elədir ki, aylarla işləməliyik. Rəqqaslarımız dünyadan və ölkəmizdən olacaq. Konsertdə canlı mahnılar oxuyacağam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/545060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR