Bu quşu görənlər 1 il çətinliklə üzləşmir

Türkiyənin Sivas şəhərində dünyanın ən nadir heyvanlarından biri Əbabil quşuna rast gəlinib.

Metbuat.az-ın məlumatına görə, Əbabil quşu demək olar ki bütün ömrünü uçaraq havada keçirir. Onlar gecə-gündüz havada qalar, hətta uçarkən yatır. Bu üzdən nadir hallarda yerə enən Əbabil bir daha uça bilmir. Deyilənlərə görə, bu quşu görənlər bir il ərzində çətinlik görməz, firavan həyat sürərlər.

Onun adına Quranda da rast gəlinir. 570-ci ildə Yəmən valisi Əbrəhə əl-Aşram Kəbəni dağıtmaq üçün fil ordusu ilə hücuma keçib. Lakin şəhərin girişində Əbabil sürüsü dimdikləri ilə daşıdıqları daşları fillərin üzərinə ataraq, onların Kəbəyə daxil olmasına əngəl törədib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR