Böyük ordu parça-parça ediləcək: Yeni müharibənin nəticəsi PROQNOZLAŞDIRILDI

Böyük ordu parça-parça ediləcək: Yeni müharibənin nəticəsi PROQNOZLAŞDIRILDI
17:33 15 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Silahlı Qüvvələrinin hərbi təminatı ABŞ-la tammiqyaslı hərbi münaqişə halında Amerika ordusuna qarşı dayanmağa imkan verməyəcək.

Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirlyinin keçmiş əməkdaşı, CNA korporasiyasının elmi işçisi Mixail Kofman “Azadlıq” radiosuna müsahibəsində deyib.

Kofmanın sözlərinə görə, ABŞ Hərbi Dəniz Donanması hava hücumuna qarşı və raket əleyhinə müdafiə sistemi ilə Rusiyanın istənilən zərbələrini dəf edə bilər.

“Bizim uzaqvuran yüksək dəqiqlik silahlardan istifadə etmək qabiliyyəti Rusiya üçün ciddi problemdir. Bu silahlardan bizdə minlərlədir. Bu, Rusiyanı çox narahatdır”, - Kofman bildirib.

O həmçinin vurğulayıb ki, ABŞ az müddət ərzində Hərbi Dəniz Donanmasının köməyi ilə mayın 9-da Moskvada paradda nümayiş etdirilən Rusiyanın ən yeni hərbi texnikasını məhv edə bilər.

“Aydındır ki, onlarda döyüş bacarığı var və bəzi analoji birləşmələr bizdən daha yaxşıdır. Amma bu, o demək deyil ki, biz paradda nümayiş etdirilən bu böyük ordunu parçalaya bilmərik”, - ekspert yekunlaşdırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR