"Leykemiya ilə Mübarizə" ictimai Birliyinin könüllüləri...

Mirheybət Əsədli “Leykemiya ilə Mübarizə” ictimai Birliyinin könüllüsüdür.

Metbuat.az xəbər verir ki, “Leykemiya ilə Mübarizə” ictimai Birliyi könüllülər və donorlar tərəfindən qan xərçənginə qarşı mübarizə aparan uşaqlara və onların ailələrinə dəstək məqsədi ilə qurulmuş qeyri-hökümət təşkilatıdır.

2006-cı ildən fəaliyyətə başlayan Birliyinin iştirakı və dəstəyi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri keçirilir. Toplanılmış vəsaitlər ilə 150-ə yaxın uşağa dərman preparatları alınıb, şüa müalicəsində dəstək olunub.

Təşkilatda qeydiyyatda olan uşaqların sayı 252 nəfərdir. Birliyin 2015-ci il ərzində dəstək olduğu 72 uşaqdan 5-nin müalicəsi uğurla tamamlanıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR