Elariz: "Babayam, amma özümü 22-23 yaşda hiss edirəm"

Elariz: "Babayam, amma özümü 22-23 yaşda hiss edirəm"
17:34 15 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Elariz Məmmədoğlu şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Lider maqazin” verilişində bu sözləri deyib: “Özümü çox gənc hiss edirəm. 22-23 yaşımda qalmışam. Hərdən mənə deyirlər ki, artıq babasan. Mən gənc yaşda ailə qurmuşam, ona görə də babayam. Eləsi var 30 yaşı var, özünü elə ağır aparır ki... İnsan həyata bir dəfə gəlir. Bacardığın qədər özünü gənc, əyləncəli apar”.

 

Müğənni dəvət olunduğu toylardan da danışıb: "Məclisə gedəndə məni "ağsaqqal" kimi təqdim edirlər. Sonra başlayıram müasir, xarici estradadan mahnılar oxuyuram. Deyirəm, bu da ağsaqqal. Gərək toy sahibini elə razı salasan ki, evindəki beş uşağın da məclisinə səni çağıra. Beş toyu olan müğənni özünü o qədər yuxarı ilə aparır ki... İllərin sənətkarı olmaq lazımdır. Gərək səni sevib, təkrar dəvət etsinlər. Görmüş insan başqadır, görməmiş başqa. Əvvəldən görməyib sonradan görüb çaşıb qalırlar, ətrafdan gülünc görünürlər. Özünüzü çox yuxarıdan aparmayın, xalqdan uzaqlaşmayın. Yuxarıdan yıxılmağın ağrısı acı olur. Hər zaman demişəm ki, gündəmdə qalmaq üçün işləmək lazımdır. Mahnı yazdırır, klip çəkdirir, təqdimat edirsən, bu da gündəm olur. Bunu etməyən qalmaqala qaçır, gündəmə gəlmək istəyirlər. Bu da Azərbaycan tamaşaçısına maraqlı deyil. Süni qalmaqala məni salmaq istəyənlər var. Amma gəlib mənə qonorar versinlər, onları sonra reklam edim”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR