İqtisadi və sosial sahələrə yönəldilən maliyyə vəsaiti azalıb

İqtisadi və sosial sahələrə yönəldilən maliyyə vəsaiti azalıb
17:43 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2017-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4533,4 milyon manat və ya əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 3,5 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, vəsaitin 2982,0 milyon manatı neft sektoruna, 1551,4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 83,9 faizi məhsul istehsalı obyektlərinin, 11,2 faizi xidmət sahələri üzrə obyektlərin, 4,9 faizi isə ümumi sahəsi 506,5 min kvadrat metr olan yaşayış evlərinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 36,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil edib.

2017-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi istifadəyə verilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2754746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR