Berık Arın BDU-da olub - FOTO

Berık Arın BDU-da olub - FOTO
17:43 15 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Qazaxıstan Respublikasının Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arınla görüşüb.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor qonağa BDU haqqında məlumat verib, Qazaxıstan universitetləri ilə əlaqələrdən danışıb.

Görüş böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına mərkəzdə davam edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, bu illər ərzində bir çox layihələr həyata keçirilib, birgə konfrans və simpoziumlar təşkil olunub, Qazaxıstan universitetləri ilə müqavilələr imzalanıb. Eyni zamanda qazaxıstanlı rektor və professorlar, jurnalistlər, bir çox tanınmış insanlar mərkəzdə olub, tələbələrə mühazirələr oxuyublar.

Qazaxıstan Respublikasının Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arın mərkəzin fəaliyyətindən razılıq ifadə edib, qazax ədəbiyyatı ilə bağlı tədqiqat işlərini yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər gənc nəslin milli mədəniyyətimizə və adət-ənənələrimizə olan marağının artırılması məqsədilə ortaq layihələrin həyata keçirilməsi üzrə ilkin razılıq əldə ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/198885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR