Sabah 11-ci siniflər imtahan verəcək

Sabah 11-ci siniflər imtahan verəcək
18:03 15 May 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) sabah Respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.

DİM-dən Publika.az-a verilən məlumata görə, qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

İmtahan Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmazda keçiriləcək.

Xatırladaq ki, monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində 23 may 2017-ci il tarixində keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/198892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR