Azərbaycanlı üzgüçü İslam Oyunlarında ikinci qızıl medalını qazandı

Azərbaycanlı üzgüçü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb.

Metbuat.az-ın məlumatına görə, 400 m məsafəyə fərdi kompleks üsul ilə üzmə yarışında 4:16.56-lıq nəticə göstərn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR