Britaniyalı turist: "İdman yarışlarını canlı izləmək çox maraqlıdır"

Britaniyalı turist: "İdman yarışlarını canlı izləmək çox maraqlıdır"
18:32 15 May 2017
27 İdman
Ölkə mətbuatı
A- A+

"İdman yarışlarını canlı izləmək çox maraqlıdır".

Milli.Az bildirir ki, bunu Trend-ə Londondan İslam Həmrəyliyi Oyunlarını izləməyə gəlmiş turist Hafiz Bəşir deyib.

O bildirib ki, Azərbaycana dünən axşam gəlib və ilk olaraq idman gimnastikası üzrə yarışları izləyib: "Mənim çox xoşuma gəldi. Azərbaycanda olduğum üçün azərbaycanlı gimnastlara azarkeşlik edirəm".

Onun sözlərinə görə, Londonda biletlər baha olduğu üçün idman yarışlarını əsasən televiziya vasitəsilə izləyir və Bakıda biletlərin ucuz olması onu yaxşı mənada təəccübləndirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR