Boksçumuz Tamerlan Abdullayev yarımfinala yüksəldi

Boksçumuz Tamerlan Abdullayev yarımfinala yüksəldi
18:52 15 May 2017
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində 1/4 final mərhələsinə start verilib. Azərbaycan millisinin bu çəki dərəcəsindəki təmsilçisi Tamerlan Abdullayev yarışda ikinci döyüşünə çıxıb.

Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, o, qətərli Tulasimaraam Tarumalinqamla gücünü yoxlayıb. Görüş boksçumuzun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

T.Abdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək.

T.Abdullayevədək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR