İngiltərədə 22 yaşlı bloger 150 ölkəyə zərər vuran virusu dayandırdı - TƏSADÜFƏN

İngiltərədə 22 yaşlı bloger 150 ölkəyə zərər vuran virusu dayandırdı - TƏSADÜFƏN
18:53 15 May 2017
Ölkə mətbuatı
A- A+

İngiltərədə yaşayan 22 yaşlı bloger, həm də kiber təhlükəsizlik şirkətinin əməkdaşıdır. Təsadüf nəticəsində 150-dən çox ölkənin sistemlərini məhv edən virusun qarşısını alan gənc BBC-yə açıqlama verib.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə və bloqunda "Malwaretech" adını istifadə edən gənc xüsusi kod vasitəsilə (İstifadəçilərin internet bağlantısını avtomatik olaraq əngəllədiyi bir xüsusiyyət) qısa müddətliyinə də olsa, virusun yayılmasının qarşısını alıb.

İngiltərənin cənubunda, mərkəzi Los Ancelesdə yerləşən kiber təhlükəsizlik şirkətində çalışan oğlanın sözlərinə görə bu tamamilə təsadüfən olub.

İngilis mediası gənc oğlandan "təsadüfi qəhrəman" deyə bəhs edir.

"Malwaretech" təxminən 10 dollara aldığı proqram ona, virusun hardan yayıldığını görməsinə kömək edib.

Bu kod kompyuterlərin alqoritmlərinə aid xüsusi açar sözlərdən ibarətdir. Bəzi kibernetik təcavüzkarları bu açarlardan idarəetməni itirdikləri zaman istifadə edirlər.

Gəncin sözlərinə görə, bu müvəqqəti dayandırmadı. Viruslar yenidən hücuma keçəcək. Onun qarşısını almaq üçün açar sözləri dəyişib ciddi təhlükəsizlik sistemi qurmaq lazımdır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/198893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR