Tamaşaçı: Arzu edirəm ki, nəvəm nə vaxtsa Azərbaycan üçün qızıl medal qazansın

Tamaşaçı: Arzu edirəm ki, nəvəm nə vaxtsa Azərbaycan üçün qızıl medal qazansın
19:08 15 May 2017
252 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarını izləməyə gəlmiş tamaşaçı Rəsul Rəsulov nəvəsinin də bu cür yarışlarda Azərbaycanı təmsil edəcəyini arzulayır.

Trend-ə danışan azarkeş nəvəsinin üç ildir ki, idman gimnastikası ilə məşğul olduğunu deyib: “Ümid edirəm ki, o nə vaxtsa qızıl medal qazanacaq”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR