Rusiyaya qarşı vahid cəbhə ÇAĞIRIŞI

Rusiyaya qarşı vahid cəbhə ÇAĞIRIŞI
19:13 15 May 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Polşa və Latviya hesab edir ki, NATO ölkələri Rusiya ilə münasibətlərdə vahid cəbhə kimi çıxış etməlidir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Varşavada Latviya prezidenti Raymond Veyonislə görüşdə Polşa prezidenti Ancey Duda bildirib.

“Biz şərq qonşumuz – Rusiya ilə münasibətlər haqqında danışdıq. Bu məsələdə bizim fikirlərimiz tamamilə uyğun gəlir. Fikrimizcə, NATO ölkələri Rusiya ilə münasibətlərdə birlikdə çıxış etməli və hər şeydən əvvəl çalışmalıdır ki, hərbi ittifaqın şərq cinahı təhlükəsiz olsun. Həmfikirik ki, NATO ərazisi tamamilə bölünməzdir”, - Polşa prezidenti deyib.

Həmçinin, Ancey Dudanın sözlərinə görə, həmkarı ilə NATO-nun son sammitinin qərarlarının icrası haqqında danışıb:

“Biz NATO-nun Litvada yaradılan batalyon qrupu haqqında danışdıq. Bizi sevindirir ki, batalyon qrupunda Polşa əhəmiyyətli rol oynayacaq. Yaxın vaxtlarda təxminən 200 Polşa tankçısı Latviyaya yola düşəcək”.

Qeyd edək ki, 2016-cı ildə Varşavada keçirilən NATO sammitində Latviya, Litva, Estoniya və Polşada çoxmillətli batalyonların yerləşdirilməsi haqqında qərar qəbul edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR