Şüşə tabut, ağ geyim və gül -

150 ildir şüşə tabut içində qalmış uşağın cəsədi barədə araşdırmalar davam edir.

Metbuat.az-ın məlumatına görə, ABŞ-ın San-Fransisko şəhərindəki mənzilin zirzəmisində aşkarlanmış Edit adlı qızın cəsədinin çürüməməsi elm adamlarının diqqətini cəlb etmişdi.

Məlum olub ki, 1876-cı ildə ağır infeksiya üzündən Editin həzm sistemində problem yaranıb və uşaq həyatını itirib. Onun cəsədinin çürüməməsinin səbəbləri isə hələ də dəqiq müəyyən edilməyib.

Maraqlıdır ki, bir əsrdən çox keçməsinə baxmayaraq, ağ geyimli paltarla tabuta qoyulmuş uşağın yanındakı gül hələ də çürüməyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR