İslamiada: Azərbaycan üzgüçüsü daha bir qızıl medal qazanıb

İslamiada: Azərbaycan üzgüçüsü daha bir qızıl medal qazanıb
19:27 15 May 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən üzgüçü Maksim Şemberev daha bir qızıl medal qazanıb. "Report"un məlumatına görə, Şemberev 400 metr məsafəyə fərdi kompleks yarışının qalibi olub.
O, finişə 4 dəqiqə 16,56 saniyəyə çatıb. Gümüş medalı 4 dəqiqə 24,32 saniyə nəticə ilə türkiyəli Batuhan Hakan, bürünc medalı isə 4 dəqiqə 24,93 saniyə göstərici ilə indoneziyalı Aflah Pravira əldə edib.
Qeyd edək ki, Maksim Şemberev 1500 metr məsafəyə sərbəst üzmədə də qızıl medal qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycan-uzgucusu-daha-bir-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR