Çinlə Rusiya 100 mlrd. yuanlıq müştərək fond yaradır

Çinlə Rusiya 100 mlrd. yuanlıq müştərək fond yaradır
19:47 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Çin ilə Rusiya Uzaq Şərqdə regional əməkdaşlığın inkişaf etdirilməsi üçün 100 mlrd. yuan (14,5 mlrd. ABŞ dolları) həcmində müştərək fond yaradacaq. 
"Report" RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Pekində keçirilən "Bir kəmər-bir yol" layihəsi forumunun materiallarında bildirilir.
Sənəddə vurğulanır ki, Çinin İslahatlar və İnkişaf üzrə Dövlət Komitəsi ölkənin şimal-şərq rayonları ilə Rusiyanın Uzaq Şərq bölgəsi arasında regional əməkdaşlıq çərçivəsində rus-çin investisiya fondu yaradır.
Xatırladaq ki, bu gün forumda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Çinlə müştərək biznes layihələrin həyata keçirilməsi nəticəsində Çinin iqtisadi olaraq Rusiyanı zəbt etməsinə gətirib çıxarmayacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cinle-rusiya-100-mlrd-yuanliq-musterek-fond-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR