Daha iki qızıl medal gimnastikadan gəldi

Daha iki qızıl medal gimnastikadan gəldi
19:53 15 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan gimnastı Yuliya İnşina Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz finalda 13.100 bal toplayıb.

Gümüş medala 13.050 balla Türkiyə idmançısı Göksu Üçtaş Şanlı, bürünc medala isə digər türkiyəli gimnast Demet Mutlu yiyələnib - 12.700 bal.

Bundan başqa, idman gimnastımız Bense Talas dəstəli at üzərində hərəkətlərin yekunu üzrə 14.250 bal toplayaraq birinci olub.

İkinci yeri iranlı Səidrza Keyha (14.200), üçüncü yeri isə qətərli Əhməd əl-Dayani (13.600) tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR