Həbsxanadakı oğluna narkotik vasitə gətirən ana saxlanılıb

Həbsxanadakı oğluna narkotik vasitə gətirən ana saxlanılıb
20:02 15 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Xidmətdən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət ilə qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamellanın üstünə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/hebsxanadaki-ogluna-narkotik-vasite-getiren-ana-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR