KİV: Terrorçu İŞİD qruplaşması gizli fəaliyyətə keçəcək

KİV: Terrorçu İŞİD qruplaşması gizli fəaliyyətə keçəcək
20:27 15 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşması gizli fəaliyyətə keçəcək."
“Report” xəbər verir ki,  bu barədə “Türkiye” qəzeti yazıb. Məlumata görə, terrorçu qruplaşmanın əlində olan Suriyanın Rakka şəhərində 21 min İŞİD silahlı var. Onların 7 mini şəhərin müdafiəsi ilə məşğul olacaq.
Bildirilib ki, bu il aprelin 22-də terrorçu İŞİD qruplaşması Rakkada toplanaraq, ağır itkilər verdiklərinin etiraf edib. Terrorçu qruplaşmanın “polit bürosunun” həmin toplantısının qərarına əsasən, qruplaşmadakı ərəblər və son 12 ayda qərb dövlətlərindən İŞİD-ə qoşulanlar öz ölkələrinə dönəcək, qalan terrorçular isə gizli fəaliyyətə keçəcəklər. Bu il iyunun 15-dən sonra Raqqanın azad edilməsi uğrunda əməliyyat başlaycaq.
Antiterror koalisiyasına başçılıq edən ABŞ şəhərin azad olunmasıba dair Türkiyənin planını qəbul etməyərək, terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD ilə əməkdaşlığı seçib.
Məlumata görə, İŞİD Rakkanı boşaltdıqdan sonra şəhərə terrorçu PKK-nın Suriyadakı adı çəkilən qollarının silahlıları daxil olacaq. ABŞ İŞİD-in boşaltdığı şəhərin “azad edilməsi” ilə bağlı saxta qələbəni YPG və PYD-nin qalibiyyəti kimi dünyaya yayacaq.
Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ın terrorçu PKK qruplaşmasının Suriyadakı YPG və PYD qollarını silahlandırmamağa, Rakka və Suriyanın başqa şəhərələrini terrorçulardan birlikdə azad etməyi təklif edib. Rəsmi Ankara Vaşinqtonu bu terror qruplaşmalarını silahlandırmamağa çağırır. ABŞ hələlik Türkiyəni sakitləşdirməyə üstünlük verir. Terrorçu PKK-nın qollarını isə silahlandırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-terrorcu-i-si-d-qruplasmasi-gizli-fealiyyete-kececek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR