Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığması yarımfinala yüksəlib

Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığması yarımfinala yüksəlib
20:27 15 May 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. 
"Report"un məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda A qrupunda 3-cü tur matçında Mərakeş yığması ilə qolsuz heç-heçə edib. Qrupun digər oyununda Kamerun Səudiyyə Ərəbistanını darmadağın edib - 3:0. Bu nəticələrdən sonra Kamerun, Azərbaycan və Mərakeş hərəyə 5 xalla ilk 3 pillədə qərarlaşıblar. Lakin daha yaxşı top fərqi səbəbindən Kamerun 1-ci, Azərbaycan 2-ci pillənin sahibi kimi növbəti mərhələyə yüksəlib. Mərakeş isə 1 xala malik Səudiyyə Ərəbistanı ilə birgə qrupda qalıb. 
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda B qrupunu qalibi Əlcəzair millisi ilə qarşılaşacaq. Oyun mayın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycanin-23-yasadek-futbolculardan-ibaret-yigmasi-yarimfinala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR