Bakı-2017: İdman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb (FOTO)

Bakı-2017: İdman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb (FOTO)
20:29 15 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası üzrə fərdi yarışlarında qaliblər mükafatlandırılıb.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində "Azərişıq" ASC-nin sədri Baba Rzayev və islam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak edib.

Kişilər arasında turnik və dəstəli at üzərində hərəkətlər, eləcə də dayaqla tullanma, qadınlar arasında isə sərbəst və gimnastika tirində hərəkətlər üzrə qaliblərə medallar təqdim olunub.
Günün yekunu üzrə Azərbaycan idman gimnastikası yarışlarında ümumilikdə 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR