Stalin vətəndaşlıqdan məhrum edildi

Stalin vətəndaşlıqdan məhrum edildi
20:43 15 May 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Çexiyanın Çeske-Budeyevitse şəhərinin rəhbərliyi SSRİ-nin keçmiş lideri İosif Stalin və kommunist Çexoslovakiyanın sabiq prezidenti Klement Qotvaldın şəhərin fəxri vətəndaşı rütbəsindən məhrum edilməsi haqqında qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu haqda “Ceske Noviny” nəşri bildirib.

Qərarı şəhər şurasının 39 üzvündən 23-ü dəstəkləyib. Şəhər meri Yirjı Svabod xatırladıb ki, Qotvald və Stalin 1945-ci ildə şəhərin fəxri vətəndaşı statusunu alıblar.

“Onların hər ikisisi 1945-ci ildə şəhərin fəxri vətəndaşı adını alıblar. O vaxt bunun üçün səbəblər var idi. Daha sonralar, 1950-ci illərdə aydın oldu ki, onlar özünü tamamilə optimal aparmırdılar”, - mer deyib.

Nəşr qeyd edir ki, şəhərin fəxri vətəndaşı adını 118 nəfər alıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR