Biləsuvarda sahibkarlar üçün təlim keçirilib

Biləsuvarda sahibkarlar üçün təlim keçirilib
20:47 15 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən "Biləsuvar Aqro" MMC-də sahibkarlar üçün treninq keçirilib.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və tətbiq edilən güzəştlər, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin məhsul ixracının artırılmasında rolu, “Made in Azerbaijan” brendinin yaradılması və s. barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bilesuvarda-sahibkarlar-ucun-telim-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR