Lerikə güclü dolu yağıb, meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan dəyib

Lerikə güclü dolu yağıb, meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan dəyib
20:47 15 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik. 15 may. REPORT.AZ/ Lerik rayonuna güclü dolu yağıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lerik rayonunun Orand ərazisində dolunun 2-3 sm-ə qədər ölçüdə olduğu bildirilir. Lakin qısamüddətli olduğundan dam örtüklərinə ciddi ziyan dəyməyib. 
Rayonun kəndləri ilə yanaşı, mərkəzdə də dolu nəticəsində yerdə buz qatı yaranıb. Yağan dolu meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan vurub. Hələlik yağan dolunun rayon ərazisində hansı fəsadlar yaratdığı müəyyənləşməyib. Lakin rayonda rabitə və mobil telefon əlaqələrində ciddi fasilələr yaranıb. Güclü ildırım çaxması səbəbindən bir sıra ərazilərdə elektrik enerjisi verilişində məcburi açılmalar edilib. Bu da baş verə biləcək qəzalardan qorunmaq məqsədi daşıyır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lerike-guclu-dolu-yagib-meyve-agaclarina-ve-teserrufat-sahelerine-ziyan-deyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR