Məhəmmədrəsul Məcidov II raundda qalib gəldi

Məhəmmədrəsul Məcidov II raundda qalib gəldi
20:47 15 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında +91 kq çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.

Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov 1/4 final mərhələsindəki çıxışını qələbə ilə bitirib.

İkiqat dünya çempionumuz ikinci qarşılaşmasında Uosri Hafizi (Misir) mübarizədən kənarlaşdırıb. O, rəqibinin ikinci raundda mübarizədən imtina etməsi səbəbindən qalib elan olunub.

M.Məcidov yarımfinalda Hüsseyn İaşaişlə (İordaniya) üz-üzə gələcək. Görüş mayın 17-də keçiriləcək.

Qeyd edək ki, M.Məcidov 1/2 finala yüksələn 5-ci boksçumuz olub. Ondan öncə Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Teymur Məmmədov (91 kq) da özü üçün ən azı bürünc medalı təmin ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR