Lerikə güclü dolu yağdı - FOTO

Lerikə güclü dolu yağdı - FOTO
21:03 15 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayonuna güclü dolu yağıb.

Publika.az xəbər verir ki, Lerik rayonunun Orand ərazisində dolunun 2-3 sm-ə qədər ölçüdə olduğu bildirilir. Lakin qısamüddətli olduğundan dam örtüklərinə ciddi ziyan dəyməyib.

Rayonun kəndləri ilə yanaşı, mərkəzdə də dolu nəticəsində yerdə buz qatı yaranıb. Yağan dolu meyvə ağaclarına və təsərrüfat sahələrinə ziyan vurub. Hələlik yağan dolunun rayon ərazisində hansı fəsadlar yaratdığı müəyyənləşməyib. Lakin rayonda rabitə və mobil telefon əlaqələrində ciddi fasilələr yaranıb. Güclü ildırım çaxması səbəbindən bir sıra ərazilərdə elektrik enerjisi verilişində məcburi açılmalar edilib. Bu da baş verə biləcək qəzalardan qorunmaq məqsədi daşıyır. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/198907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR