İslam Oyunları:

23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində son oyununu keçirib.

Metbuat.az-ın məlumatıına görə, millimiz Bayıl stadionunda Mərakeşlə qarşılaşıb. Oyunda hesab açılmayıb – 0:0.

İslam Həmrəylik Oyunları

Futbol

III tur

A qrupu

Mərakeş – Azərbaycan - 0:0

Beləliklə, qrup mərhələsində 2 heç-heçə və 1 qələbəyə nail olan yığmamız 5 xal toplayaraq ikinci pilləni tutub və yarımfinala vəsiqə qazanıb.

Futbolçularımız yarımfinal mərhələsində Əlcəzair komandası ilə qarşılaşacaq. Oyun mayın 18-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR