Trampın qorxusundan... - Dövlət başçılarına 2 dəqiqəlik REQLAMENT

Trampın qorxusundan... - Dövlət başçılarına 2 dəqiqəlik REQLAMENT
21:28 15 May 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Atlantika İttifaqının (NATO) rəhbərliyi NATO sammitində ABŞ prezidenti Donald Trampla danışıqların vaxtını 2-4 dəqiqəyə qədər məhdudlaşdırılması xahişi ilə dövlət başçılarına müraciət edib.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Foreign Policy” nəşri yazıb.

Qeyd edilir ki, NATO ABŞ-ın yeni prezidentinin səlahiyyət müddətində ittifaqa daxil olan ölkə liderlərinin ilk görüşünü təşkil edir. Ancaq təşkilatçılar tədbirin hazırlığına bu dəfə daha diqqətli yanaşmağa çalışırlar. Çünki, Ağ Evin yeni başçısı sələfləri ilə müqayisədə ittifaqı “daha güclü əsəbiləşməyə” məcbur edir.

Nəşrin məlumatına görə, NATO sammitin nəticələri ilə əlaqədar bəyannaməni verməkdən imtina edəcək. Mənbələrdən biri deyib ki, təşkilatçılar sənədi Trampın xoşuna gələ bilməyəcəyi qorxusundan dərc etməyəcəklər.

Qeyd edək ki, Tramp seçkiqabağı kampaniyasının gedişatında NATO-nu dəfələrlə tənqid edib və onu “köhnəlmiş təşkilat” adlandırıb. Lakin sonradan sözlərinə düzəliş edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR