Taksi sürücülərinə qənim kəsilən dostlar ifşa edildi - VİDEO

Taksi sürücülərinə qənim kəsilən dostlar ifşa edildi - VİDEO
21:42 15 May 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda taksi sürücülərinə qarşı cinayət törədən dostlar tutulub.

Milli.Az xəbər verir ki, Bakı şəhər sakini Rancit Hüseynov Xəzər Rayon Polis İdarəsinə bildirib ki, tanımadığı iki nəfər taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşərək onları Binə qəsəbəsinə aparmağı xahiş ediblər. Ünvana çatdıqda isə həmin şəxslər taksi sürücüsünü hədə-qorxu gələrək pul tələb ediblər.
Məlumat daxil olan kimi polis əməliyyat-axtarış tədbirləri nəticəsində Rancit Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov və Şərur rayon sakini Hüseyn Səfərzadəni saxlayıb. Onların həmin gün Asim Məmmədov adlı başqa bir taksi sürücünə qarşı da soyğunçuluq etdikləri məlum olub.

Saxlanılan şəxslər taksi sürücülərinə qarşı həyata keçirdikləri cinayətləri etiraf ediblər. Məlum olub ki, hadisə zamanı sürücü Rancit Hüseynovu iplə boğmağa cəhd edən Elməddin Rəhimov olub.

Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/545133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR