Çimərliklərin monitorinqi başlanır - VİDEO

Çimərliklərin monitorinqi başlanır - VİDEO
21:52 15 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabahdan etibarən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları bütün çimərliklərdə yoxlamalar aparacaqlar.

Milli.Az bildirir ki, monitorinqlərin nəticələri yeni çimərlik mövsümü başlayana kimi məlum olacaq.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımovun sözlərinə görə, laborator analizlərin nəticələrinə əsasən çimərliklərdən hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək. Monitorinqlər çimərlik mövsümü başa çatanadək mütəmadi olaraq davam etdiriləcək.

Ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Sumqayıt şəhəri Corat qəsəbəsinin, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərlikləri istifadəyə yararsız hesab edilib. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR