Makron Fransanın yeni baş nazirinin adını açıqladı

Fransanın yeni baş nazirinin kimliyi məlum olub.

Metbuat.az bildirir ki, prezident Emmanuel Makron Eduar Filippi sözügedən posta təyin edib. 46 yaşlı yeni baş nazir qısa müddət ərzində nazirlər kabinetini formalaşdırmalıdır.

Eduar Filipp 1970-cı ildə Ruanda dünyaya gəlib. O, Parisdə yerləşən Milli Administrasiya Məktəbinin Siyasi Tədqiatlar İnstitutunu bitirib. Filipp daha öncə Havr şəhərinin meri vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR