Bu yayın ayaqqabı dəbi nəyi diktə edir? - Risk etməyi sevənlər üçün - FOTOLAR

Bu yayın ayaqqabı dəbi nəyi diktə edir? - Risk etməyi sevənlər üçün - FOTOLAR
21:58 15 May 2017
Ölkə mətbuatı
A- A+

Ağ rəngli geyim əşyaları tez çirklənir, əlverişli deyil və əlavə olaraq daim ehtiyatlı davranmağı tələb edir. Amma bəyazın məsumluğu hər kəsi özünə cəzb edir, üstəlik o, bir qayda olaraq bütün dövrlərdə yaz və yay mövsünün əsas trendi rolunu öz öhdəsinə götürür. Bütün bunlarlala yanaşı etiraf etmək lazımdır ki, dəbin amansız qanunları qarşısında bütün qızlar acizdir.

Buradan belə nəticəyə gəlmək olar ki, ağ rəng kaprizli olmasına baxmyaraq, biz böyük məmnuniyyətlə onun bütün bütün şıltaqlılarına dözürük. Ona görə də xəbəriniz olsun ki, istər bosonojka, istər tufli, istər idman ayaqqabıları, istərsə də rahat balerina modellərinin ağ versiyası mövsümün trendləri olacaq. Bunu məşhur moda evlərinin yaz-yaz kolleksiyaları müəyyən edib.

Və ağ rəng sizi qətiyyən qorxutmasın, hər halda çirk və toz digər rəngli ayaqqabılarda da yaxşı görünmür. Sizcə də risk etməyə dəyməzmi?

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/198890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR