Tiflisdə insident baş verib

Tiflisdə insident baş verib
22:05 15 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Tiflis filarmoniyasında ölkə konstitusiyasında dəyişikliklər ilə bağlı keçirilən iclasda insident baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir qrup kommunist gənc Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzeni tədbiri açmasına mane olub, onu qışqırıq və səs-küylə qarşılayıb.

Parlament sədri belə vəziyyətdə müzakirələrin aparılmasını təxribat adlandırıb və bu formatda görüşün keçirilməsini qeyri-mümkün hesab edib.
 
İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstanda gənc kommunistlərə yer yoxdur: "Çavçavadze ölkəsində kommunistlərə yer yoxdur. Mən sizi İlya Çavçavadze - maarif yolunda durmağı arzulayıram. Gürcüstanda heç vaxt kommunistlərə yer olmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR