Şəhid oğlu atasının xatirəsini belə əbədiləşdirdi - VİDEO

Şəhid oğlu atasının xatirəsini belə əbədiləşdirdi - VİDEO
22:12 15 May 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Xətai rayon NZS qəsəbəsində küçənin girişində şəhid Rəşid Bağırovun böyük ölçüdə şəkili vurulub. Şəhid oğlu atasına vəfa borcunu ödəmək üçün plakat hazırlatdırıb.

1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rəşid Bağırovun oğlu, atasının əziz xatirəsini yaşadır. Şəhidin adını daşıyan küçədə vurulan bu şəkilin səbəbkarı 6 yaşında atasız qalan Xəyal Bağırovdur.

28 yaşında Vətən uğrunda canından keçən Rəşid Bağırov həmin vaxt bir qız, bir oğlan atası olub. Onsuz böyüyən oğlu Xəyal Bağırov atasının qəhramanlığını nəsildən-nəsilə ötürmək üçün Xətai rayon İcra Hakimiyyətinə müraciət edib. Hazırda adına park salmaqla məşğuldur.

Park salınan ərazidən xeyli sayda boru keçir. Onların gözə çarpmaması üçün Xəyal Bağırov üzərlərini Qarabağa aid plakatlarla örtməyi planlaşdırır. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR