Moskvada işləmək üçün avtobus sürücüləri toplanır - TƏLƏBLƏR

Moskvada işləmək üçün avtobus sürücüləri toplanır - TƏLƏBLƏR
22:13 15 May 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanda Moskva şəhər nəqliyyatı üçün avtobus sürücülərinin işə qəbulu başlanıb.

Publika.az xəbər verir ki, bu haqda respublikanın Əmək Nazirliyinə istinadən “Praym” nəşri bildirib.

Xəbərə görə, “Mosqortans” şirkətində əmək fəaliyyətinin həyata keçirilməsi üçün 1000 sürücü lazımdır. Sürücülərin işə qəbulu Rusiya və Özbəkistan hökumətlərinin arasında əldə olunmuş razılaşmaya əsasən həyata keçirilir.

“İşə namizədlər rus dilini yaxşı bilməli, əmlaka ehtiyatlı münasibəti ilə fərqlənməli və diqqətli olmalıdır”, - nazirlik bildirir.

Müqavilə üçaylıq sınaq müddətini nəzərdə tutur. Əmək haqqı 43-63 min rubl (755 dollardan-1100 dollara qədər) arasındadır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR