Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar tapıldı

Cocuq Mərcanlıda piyada və tank əleyhinə minalar tapıldı
23:43 15 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1045 qəlpə, piyada əleyhinə 2 mina “OZM-72” və tank əleyhinə 2 mina “TM-57” aşkar olunub.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, həmin sursatlar agentlik mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün götürülüb, ümumilikdə 39 min 693 kv.m ərazi yoxlanılıb.

Bildirilir ki, 83 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx bir partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 193,81 hektar ərazi tam təmizlənib, 89,51 hektar ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR