Murad Ağarzayev: Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim

Murad Ağarzayev: Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim
00:08 16 May 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim.

Trend-in məlumatına görə, bunu jurnalistlərə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.

Gimnast qeyd edib ki, medal qazanmaq çox yaxşı hissidir: "Ən böyük arzum Azərbaycan himninin mənim qələbəmə görə səslənmə idi. Çox şadam ki, buna nail oldum".

M. Ağarzayev bildirib ki, hazırda sentyabrda keçiriləcək dünya çempionatına hazırlıq gedir: "Ümidvaram ki, hər şey yaxşı olacaqdır. Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev bizi çox dəstəkləyir. Mən əminəm ki, Azərbaycan gimnastları müxtəlif yarışlarda ölkəmizin bayrağını daim yüksəklərə qaldıracaqlar".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2754864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR