Murad Ağarzayev: "Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim"

Murad Ağarzayev: "Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim"
00:17 16 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.

Gimnast qeyd edib ki, medal qazanmaq çox yaxşı hissidir: "Ən böyük arzum Azərbaycan himninin mənim qələbəmə görə səslənmə idi. Çox şadam ki, buna nail oldum".

M. Ağarzayev bildirib ki, hazırda sentyabrda keçiriləcək dünya çempionatına hazırlıq gedir: "Ümidvaram ki, hər şey yaxşı olacaqdır. Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev bizi çox dəstəkləyir. Mən əminəm ki, Azərbaycan gimnastları müxtəlif yarışlarda ölkəmizin bayrağını daim yüksəklərə qaldıracaqlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR