Ziya Bünyadov prospektində yük maşını böyük tıxaca səbəb olub

Ziya Bünyadov prospektində yük maşını böyük tıxaca səbəb olub
00:27 16 May 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Paytaxtın Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisindən keçən hissəsində böyük tıxac yaranıb.
"Report" xəbər verir ki, hadisəyə "Kamaz" markalı yük avtomobilinin yük hissəsində olan taxtaların yola dağılması və sürücünün maşını dərhal saxlamaq istəyərkən avtomobilin borthissəsinində aşması səbəbolub.
Hazırda prospektin 20 Yanvar dairəsi və 3 mikrarayon istiqamətində olan iki tunel bağlanıb və böyük tıxac yaranıb. Əraziyə DYP əməkdaşları cəlb olunub və təqribən yarım saatdan sonra tıxac aradan qaldırılıb.
Sürücü hadisə yerində qaçıb.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ziya-bunyadov-prospektinde-yuk-masini-boyuk-tixaca-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR