Bakıda prospektin əsas yolu bağlandı - QƏZA - FOTO

Bakıda prospektin əsas yolu bağlandı - QƏZA - FOTO
00:33 16 May 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, “KamAZ” markalı yük maşını hərəkətdə olarkən taxta ilə dolu yük yeri aşıb.

Nəticədə prospektdə “20 Yanvar” metro stansiyası istiqamətində əsas yol bağlanıb. Hazırda yolun təmizlənməsi üçün Dövlət Yol Polisi və “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən tədbirlər görülür.

Prospektin əsas yolunda hərəkət dayandırılıb. Təqribən yarım saatdan sonra tıxac aradan qaldırılıb.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR