ABŞ-da biznes-klass sinfli təyyarə yaşayış evlərinin üzərinə düşüb

ABŞ-da biznes-klass sinfli təyyarə yaşayış evlərinin üzərinə düşüb
01:17 16 May 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 may. REPORT.AZ/ ABŞ-ın Nyu-Cersi ştatının Teterboro hava limanı yaxınlığında eniş zamanı kiçik təyyarə qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Filadelfiyadan gələn "Learjet 35" tipli təyyarə (8 nəfərə qədər sərnişin tutumlu) enmə zolağının 400 metrliyində yaşayış evlərinin olduğu əraziyə düşüb. Nəticədə bir neçə ev yanıb.
Təyyarənin göyərtəsində neçə nəfərin olduğu dəqiqləşdirilir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-biznes-klass-sinfli-teyyare-yasayis-evlerinin-uzerine-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR