"Çelsi" çempionluğu qələbə ilə qeyd etdi

İngiltərə Premyer Liqasında 28-ci turdan təxirə salınmış bir görüş keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Çelsi" "Votford"u qəbul edib.

Oyunda 7 qol qeydə alınıb. Ötən həftə çempionluğunu rəsmiləşdirən "Çelsi" rəqibini 4:3 hesabı ilə məğlub edib.

Premyer Liqa

28-ci tur

"Çelsi" - "Votford" - 4:3

Qollar: Terri, 22, Aspilikueta, 36, Baçuay, 49, Fabreqas, 88 - Kapu, 24, Yanmat, 51, Okaka, 74

Oyundan sonra "Çelsi" "Stemford Bric" stadionunda çempionluğu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR