Bakıya yağış yağdı, yollarda sürət həddi azaldıldı - FOTOLAR

Bakıya yağış yağdı, yollarda sürət həddi azaldıldı - FOTOLAR
03:29 16 May 2017
193 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 15-i axşam saatlarından başlayaraq Bakıya güclü yağış yağıb.

 

APA-nın  məlumatına görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

 

Yağış bir neçə saat davam etsə də, yollarda problem yaranmayıb. Yalnız Ziya Bünyadov prospektinin bəzi yerlərində gölməçələr əmələ gəlib.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi. Xəbərdarlıqda bildirilirdi ki, mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR